"Netanyahu Qəzza zolağının 2 milyondan çox sakinini oğurlayıb" - Fələstin XİN

 19:52 16.02.2024     281

İsrail hakimiyyəti Qəzza zolağının sakinlərinə girov kimi yanaşır, onları ən adi həyat tələbatları ilə belə təmin etmir və anklav ərazisini İsrail ordusunun hərbi poliqonu hesab edir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fələstin Xarici İşlər Nazirliyi (XİN) çıxış edib.

“İsrailin Baş naziri Benyamin Netanyahu sanki Qəzza zolağının 2 milyondan çox sakinini oğurlayıb və onları həyatda qalmaları üçün əsas ehtiyaclarla təmin etmədən girov saxlayır”, – nazirliyin bəyanatında deyilir. XİN qeyd edib ki, bu, “İsrailin davam edən təcavüzü və regionun mühasirəsi səbəbindən insanların real aclıq şəraitində yaşadığı” sektorun şimal bölgələrinin əhalisinə aiddir.

“Aydındır ki, Netanyahu Qəzza zolağından, eləcə də onun sakinlərindən İsrail ordusunun təlimi üçün hərbi poliqon və atış poliqonu kimi istifadə etməyə başlayıb” - deyən nazirlik əlavə edib ki, İsrail hakimiyyəti anklavlara humanitar yardım axınının qarşısını alır və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki fəaliyyətini davamlı olaraq pozur, onun işinin davam etdirilməsi üçün dözülməz şərait yaradır.

Fələstin XİN bəyan edib ki, Qəzzanın mülki əhalisini qorumaq, əsas humanitar ehtiyaclarını təmin etmək və fələstinlilərin öz torpaqlarından didərgin düşməsinin qarşısını almaq, İsrail hökumətini BMT qətnamələrinə, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməyə məcbur edən çəkindirici tədbirlər və sanksiyalarla birləşdirilmədikcə, artıq faydalı deyil. Nazirlik hesab edir ki, bununla əlaqədar olaraq, hazırkı şəraitdə beynəlxalq ictimaiyyət bölgədə sülh və təhlükəsizliyin bərpası üçün əməli fəaliyyətə başlamaq üçün İsrail tərəfindən təcavüz və işğala son son qoymağa yönəlmiş məcburi qərarlar qəbul etməlidir.

Turan İSMAYIL