"SpaceX" raketi 300-cü dəfə orbitə buraxıldı

 21:58 16.02.2024     430

"SpaceX"in "Falcon 9" raketi fevralın 15-də 300-cü dəfə orbitə buraxılıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Kaliforniyadakı ( ABŞ ) Vandenberq Hərbi Hava Qüvvələri bazasından həyata keçirilən buraxılış zamanı "Starlink" peykləri orbitə çıxarılıb.

Cəmi 24 saatdan az müddətdə "SpaceX "Falcon 9"u üç dəfə kosmosa çıxara bilib.Digər iki buraxılış isə Floridada baş tutub.

Yusif EYVAZLI