Bayden Navalnının ölümünə reaksiya verdi
ABŞ prezidenti Co Bayden Aleksey Navalnının ölümünə reaksiya verib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, Ağ Evin mövqeyini media üçün keçirdiyi brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Vaşinqton “fəaliyyət üçün bir sıra variantları” nəzərdən keçirir.
Bayden, administrasiyanın insidentlə bağlı Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırıb-araşdırmadığını söyləməkdən imtina edib.
Yusif EYVAZLI