“Oskar” qalmaqalından sonra ilk dəfə baş rolu canlandıracaq
Aktyor Uill Smit “Oskar” qalmaqalından sonra ilk dəfə əsas obrazı canlandıracaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Belə ki, aktyor “Şəkər quldurları” adlı kriminal döyüş filmində baş rolu oynayacaq.
Filmdəki rol Smitin 2022-ci ildə “Deliverance” filmindəki rolundan sonra ilk yüksək profilli layihəsidir. “Oskar” mərasimində Kris Rokun üzünə vurulan sillə qalmaqalından sonra aktyor bir müddət əsas film rollarını itirib.
Xatırladaq ki, “Oskar”da Kris Rok U.Smitin alopesiyadan (keçəlləşmə) əziyyət çəkən həyat yoldaşı Cada Pinkett-Smitti “Əsgər Ceyn”lə müqayisə edib. Buna görə U.Smit K.Roku şillələyib, sonra isə üzr istəyib və haqlı olmadığını deyib.