Rusiyada əhalinin təbii azalması qeydə alınıb
2023-cü ildə Rusiyada əhalinin təbii azalması 2022-ci illə müqayisədə 17,4 faiz azalıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Federal Dövlət Statistika Xidməti (Rosstat) məlumat yayıb.
Bu rəqəm bir il əvvəlki 599,6 min nəfərə qarşı 495,2 min nəfər olub. Son bir ildə doğulanların sayı 3,2 faiz (1,264 milyon) azalıb, 1,760 milyon rus ölüb ki, bu da 2022-ci ilin göstəricisindən 7,6 faiz azdır.
2024-cü il yanvarın 1-nə Rusiyanın ümumi daimi əhalisi 146,206 milyon nəfər olub.
Yusif EYVAZLI