Rusiya Ukraynada apardığı müharibədə 211 milyard dollar xərcləyib - Pentaqon

 23:35 16.02.2024     268

Birləşmiş Ştatlar hesab edir ki, Rusiya Federasiyası Ukraynada apardığı müharibədə 211 milyard dollara qədər vəsait xərcləyib.

Redaktor.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, pul "Rusiyanın Ukraynadakı əməliyyatlarını təchiz etmək, yerləşdirmək və dəstəkləmək xərclərini birbaşa maliyyələşdirmək üçün" xərclənib.

Pentaqonun sözçüsü həmçinin bildirib ki, itirilmiş iqtisadi artım baxımından Ukrayna münaqişəsi Rusiyaya 1,3 trilyon dollara başa gəlib. Onun sözlərinə görə, söhbət 2026-cı ilə qədər itirilmiş iqtisadi faydalardan gedir.

Turan İSMAYIL