Fransa Ukraynaya əlavə 3 milyard avro hərbi yardım verəcək - Makron

 23:52 16.02.2024     244

Fransa, Ukrayna ilə razılaşmanın bir hissəsi olaraq, 2024-cü ildə bu ölkəyə 3 milyard avro dəyərində əlavə hərbi yardım verəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa lideri Emmanuel Makron Ukraynanın təhlükəsizliyinə zəmanət haqqında ikitərəfli saziş imzalayıblar.

Turan İSMAYIL