Ermənistanda məhkəmə-tibbi mərkəzin direktoru saxlanıldı

 11:16 17.02.2024     219

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları məhkəmə-tibbi elmi-praktik mərkəzin direktoru Mqer Bişaryanı saxlayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, daha əvvəl komitənin əməkdaşları İrəvanın mərkəzində yerləşən müəssisəyə gəliblər. Bir neçə saatlıq axtarışlardan sonra müstəntiqlər M.Bişaryanı özləri ilə aparıblar.

Digər təfərrüatlar barədə məlumat verilməyib.