"Qərb Rusiya ilə NATO arasında toqquşma istəmir"

 14:17 17.02.2024     359

Qərb Rusiya ilə NATO arasında münaqişənin olmasını istəmir və bu səbəbdən alyans öz ordusunu Ukraynaya göndərməyəcək.

Redaktor.az xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts bu barədə Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Moskvadan gələn təhlükə realdır. Bizim müdafiə və çəkindirmə imkanlarımız etibarlı olmalıdır. Lakin biz Rusiya ilə NATO arasında münaqişənin olmasını istəmirik. Ona görə də Ukraynanı dəstəkləyən hər kəs müharibənin əvvəlindən Ukraynaya əsgər göndərməyəcəyini bəyan edib”, - deyə Olaf Şolts bildirib.