Kadırov oğlunu nazir TƏYİN ETDİ
Çeçenistan rəhbərinin böyük oğlu Axmat Kadırov respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.
Redaktor.az mk.ru-ya istinadən xəbər verir ki, təyinat ona rayonun ən yüksək mükafatı - respublikanın keçmiş rəhbəri babasının şərəfinə təsis edilmiş Axmat Kadırov adına ordenlə təltif olunma mərasimindən sonra məlum olub. Regional parlamentin rəhbəri Maqomed Daudov Ramzan Kadırovun 18 yaşlı böyük oğlunun yeni vəzifəsi barədə danışıb, onu ordenlə təltif olunması münasibətilə təbrik edib.
Qeyd edək ki, ötən gün Ramzan Kadırovun Çeçenistan hökumətinin baş nazirinin müavini vəzifəsini tutan 25 yaşlı böyük qızı Aişat qondarma "DXR"in ən yüksək ordeni ilə təltif edilib. Əvvəllər bildirilirdi ki, onun ikinci kiçik qardaşı, 16 yaşlı Adam Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəri olub, gənc oğlan da çoxsaylı regional mükafatlara malikdir.
Turan İSMAYIL