"ABŞ dünyanı bloklara bölmək niyyətində deyil" - Blinken
ABŞ dünyanı ayrı-ayrı bloklara bölməyə çalışmır, ümumi məqsədlərə çatmaq üçün müxtəlif formatlarda və müxtəlif təşkilatlarla əməkdaşlığın tərəfdarıdır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki,bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Biz heç bir halda dünyanı ayrı bloklara bölməməliyik" deyən dövlət katibinin sözlərinə görə, Amerika xalqının maraqları naminə müəyyən məsələlərin həllində öz imkanlarına və təcrübəsinə malik “digər” oyunçularla koalisiya yaratmaq lazımdır. O qeyd edib ki, o, təkcə ayrı-ayrı ölkələri deyil, həm də “müxtəlif formada olan təşkilatları” nəzərdə tutur.
"Əlbəttə, ilk növbədə, biz demokratiyalarla işləyəcəyik", - Blinken əlavə edib.
Turan İSMAYIL