Ermənistan Rusiyada keçiriləcək turnirdə iştirak etməkdən imtina etdi
Ermənistan Rusiyada keçiriləcək “Gələcəyin Oyunları - 2024” beynəlxalq turnirində iştirak etməyəcək.
Redaktor.az xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, ölkə oyunlara dəvət alıb, lakin qeydiyyatdan keçməyiblər.
Qeyd edək ki,“Gələcəyin Oyunları” rəqəmsal yarışma fevralın 21-dən martın 3-dək Rusiyanın Kazan şəhərində keçiriləcək.