Hindistan yeni nəsil hava peykini orbitə çıxardı

 23:23 17.02.2024     284

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.

Çəkisi 2274 kiloqram olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.