Şolts Aİ-yə çağırış etdi

 23:36 17.02.2024     305

“ABŞ-də növbəti prezidentin kim olacağından  asılı olmayaraq, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır”.

Redaktor.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı deyib.

“Biz həm indi, həm də gələcəkdə öz təhlükəsizliyimizlə daha çox məşğul olmalıyıq”, - deyə Olaf Şolts bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlarda növbəti prezidentin kimliyindən asılı olmayaraq, Avropa İttifaqı öz təhlükəsizliyinin gücləndirilməsi üçün səy göstərməlidir.