Danimarka Ukrayna ilə bağlı çağırış etdi
“Bütün istifadə olunmayan silahlar Kiyevə verilməlidir, Danimarka da öz növbəsində bütün artilleriyasını Ukrayna ordusuna verəcək”.
Redaktor.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
“Ukrayna indi bizdən sursat və artilleriya istəyir. Biz, Danimarka, bütün artilleriyamızı Ukraynaya keçirmək qərarına gəldik. Ona görə bağışlayın dostlar, Avropada hərbi texnika var, bu təkcə istehsal məsələsi deyil. Hələ istifadə etmədiyimiz silahlar, sursatlar, hava hücumundan müdafiə sistemlərimiz var. Onları Ukraynaya köçürmək lazımdır”, - deyə siyasətçi çağırış edib.