Bolqarıstan Baş naziri istefa verəcəyini təsdiqlədi

 19:43 18.02.2024     248

Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa vermək niyyətini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.

“Martın 6-da mən istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Əgər onun işinə mane olmasalar, dram olmayacaq”, - hökumət başçısı bildirib.

Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.