Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi azalıb

 12:02 19.02.2024     223

2024-cü ilin yanvarında Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi təxminən 190 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji göstəricisindən 28% azdır.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Milli Statistika Xidməti bildirib.

Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Rusiya ikinci yerdədir. 2024-cü ilin yanvar ayında onun xarici ticarət həcmində payı 14,2% təşkil edib. 2024-cü ilin yanvar ayında Gürcüstandan Rusiya Federasiyasına mal ixracı 41 milyon dollardan çox (52,6 faiz azalma), idxal isə 148 milyard dollardan çox (mənfi 15,6 faiz) təşkil edib.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən