Rusiya Ukraynanın keçmiş prezidentinin fabrikini öz mülkiyyətinə keçirdi

 17:06 19.02.2024     321

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun Lipetsk şəhərindəki “Roshen” şirniyyat fabriki Rusiyanın mülkiyyətinə keçib.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Lipetsk vilayət məhkəməsinin mətbuat xidməti bildirib.

Məhkəmənin qərarına əsasən, Lipetsk şirniyyat fabriki “Roshen” Açıq Səhmdar Cəmiyyətinin səhmləri və Mərkəzi Avropa Qənnadı Şirkətinə məxsus “Roshen” MMC-nin nizamnamə kapitalındakı 94,9976 faiz nizamnamə kapitalındakı payların 5%-i gəlirə çevrilməlidir.

Məlumata görə, Petro Poroşenko ilə əlaqəli Ukraynanın “Roshen” şirkəti dünyanın ən böyük şirniyyat məmulatları istehsalçılarından biridir. Şirkətin fəaliyyəti Ukraynadakı siyasi hadisələrlə əlaqədar 2017-ci ilin aprelində dayandırılıb. Fabrikin Lipetskdə qalan aktivləri 200 milyon dollar dəyərində qiymətləndirilib.