Ukraynada milyonerlərin sayı kəskin artıb
2022-ci ildə Ukraynada milyonçuların sayı kəskin artaraq 12,3 min vətəndaşa çatıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Radanın Vergi Komitəsinin rəhbəri Daniil Getmantsev Telegram kanalında danışıb.
Onun sözlərinə görə, söhbət qrivnalı milyonçulardan gedir. Onların sayı 2,8 min nəfər artıb.
"Ümumilikdə 2023-cü ildə Ukrayna vətəndaşları ötən il üçün 266 min gəlir və əmlak bəyannaməsi verib. Bu yolla bəyan edilən gəlirin ümumi məbləği 147,92 milyard qrivna təşkil edib".
Yusif EYVAZLI