Hindistan və Pakistan sərhədində 5,3 bal gücündə ZƏLZƏLƏ

 20:31 19.02.2024     392

Hindistanın Pakistanla faktiki sərhəd yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Qiqlit şəhərindən 70 km cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Yusif EYVAZLI