Eyfel qülləsi bağlanacaq - SƏBƏB
Eyfel qülləsinin işçiləri bu memarlıq abidəsinin idarə olunması üçün iqtisadi strategiyanın dəyişdirilməsini tələb edərək tətilə başlayıblar.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.
İşçilərin qülləni idarə etmək üçün mövcud strategiyanı pisləməsi səbəbindən qülləyə giriş bağlanıb.
Həmkarlar ittifaqları koronavirus pandemiyasından sonra turistlərdən gələn gəlirin 120 milyon avrodan çox azaldığına diqqət yetirməyi tələb edirlər. Onlar Eyfel qülləsini yaxşı vəziyyətdə saxlamaq üçün lazım olan təmir işlərini maliyyələşdirəcək xüsusi fondun yaradılmasını tələb edirlər.
Qeyd edək ki, Eyfel qülləsi sonuncu dəfə işçi tətilinə görə 2023-cü il dekabrın 27-də, yaradıcısının ölümünün 100-cü ildönümündə bağlanmışdı.
Yusif EYVAZLI