Avropaya səyahət etmək istəyənlərin nəzərinə - Bu çətinliklə üzləşəcəksiniz
2024-cü ilin ikinci yarısında Avropa ölkələrində yeni giriş-çıxış sistemi işə salınacaq ki, bu sistemə əsasən Avropa İttifaqı (Aİ) ölkələrinə yalnız biometrik pasportla daxil olmaq mümkün olacaq.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Sistem avtomatlaşdırılacaq və Aİ vətəndaşı olmayan bütün səyahətçiləri qeydiyyatdan keçirə biləcək. Bu həm qısamüddətli vizaya ehtiyacı olan əcnəbilərə, həm də olmayanlara təsir edəcək. İndi Şengen zonasına ilk dəfə daxil olarkən foto çəkib barmaq izlərinizi skan etməli olacaqsınız.
Yeni qaydaların tətbiqi üçün hələlik konkret tarixlər yoxdur.
Yusif EYVAZLI