"Fransızlar Makron hökumətini devirməlidir"

 22:56 19.02.2024     406

Fransızlar prezident Emmanuel Makron hökumətini devirməlidirlər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində bildirib.

O, hazırkı rəhbərliyi Fransanı üçüncü dünya ölkəsinə çevirməkdə ittiham edib. Xüsusilə, siyasətçi hakimiyyətin Kiyevə üç milyard avro ayırmaq qərarından qəzəblənib. Bundan əlavə, o, kubalı həkimlərin Fransa xəstəxanalarına dəvət olunmasından da narazılığını bildirib.

“Yuxuda olan xalq təcili olaraq ayılmalı və qlobalist oliqarxiyanın maraqları naminə ölkəni üçüncü dünyaya çevirən hakimiyyət qrupunu qovmalıdır”, - deyə siyasətçi bildirib.

Yusif EYVAZLI