Rusiyanın aldığı xarici təyyarələrin sayı AÇIQLANDI

 10:05 20.02.2024     330

2023-cü ildə və 2024-cü ilin əvvəlində Rusiya aviaşirkətləri xaricdən 165 təyyarə alıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, xaricdən gətirilən təyyarə avadanlığının alınması üçün ayrılan 300 milyard rubl limiti artıq tükənib.

Aydınlaşdırılır ki, xaricdən gətirilən təyyarələrin alınması təyyarədən xarici qeydiyyatı silmək üçün lazımdır. Bu, Rusiya aviaşirkətlərinə xarici marşrutlarda sərbəst uçuşlar həyata keçirməyə imkan verəcək.

Humay İSGƏNDƏRLİ