Aİ Rusiyaya qarşı sanksiyaları 2025-ci ilədək uzatdı

 10:50 20.02.2024     324

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2025-ci il fevralın 24-dək uzadıb. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, söhbət "Donetsk və Luqansk xalq respublikaları"nın, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olması ilə əlaqədar tətbiq edilən sanksiyalardan gedir.

“2022-ci il tarixli 266 nömrəli qərara uyğun olaraq məhdudlaşdırıcı tədbirlər daha 12 ay, 24 fevral 2025-ci il tarixinədək uzadılsın”, - deyə məlumatda bildirilir.

Humay İSGƏNDƏRLİ