Bu bölgələrdə dağıdıcı zəlzələ gözlənilir - XƏBƏRDARLIQ

 12:53 20.02.2024     355

Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya vilayətinin Doğanşehir-Söğüt bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, zəlzələ üzrə alim, professor Naci Görür son vaxtlar yeraltı təkanların qərbə doğru dəyişməsinə diqqət çəkib.

Bu barədə sosial media hesabında paylaşım edən alim, zəlzələlərin Doğanşehir və Malatya bölgəsində gözləndiyini bildirib. Onun sözlərinə görə, buna səbəb bölgənin 6 fevral zəlzələlərindən sonra yüklənmiş olmasıdır.