Monqolustanda son 49 ilin ən güclü qarı yağıb

 13:01 20.02.2024     285

Ölkənin Milli Meteorologiya və Ətraf Mühitin Monitorinqi Agentliyinin məlumatına əsasən, bu qış Monqolustanda 1975-ci ildən bəri ən qarlı hava qeydə alınıb.

Redaktor.az Sinxua agentliyinə istinadən xəbər verir ki, Monqolustanın demək olar ki, bütün əyalətləri güclü qar və çovğun səbəbindən ekstremal hava şəraiti ilə üzləşib. Ölkə ərazisinin 80 faizindən çoxu qarla örtülüb.

Məlumatda qeyd olunur ki, ekstremal hava şəraitinin səbəb olduğu mal-qara tələfatının sayı 667 mini keçib.

Dünyanın son köçəri ölkələrindən biri olan Monqolustan tez-tez güclü küləklər, qar və toz fırtınaları ilə müşayiət edilən sərt kontinental iqlimə malikdir.