Erməni biznesmenin 120 milyon avroluq əmlakı əlindən ALINDI

 14:24 20.02.2024     278

Fransa məhkəməsi erməniəsilli rusiyalı biznesmen Samvel Karapetyanın villasını müsadirə edib.

Redaktor.az "Le Monde"yə istinadən xəbər verir ki, məlumatı Fransa mətbuatı dərc edib.

Qeyd olunur ki, dəyəri 120 milyon avro olan dəbdəbəli iqamətgah Fransanın cənub-şərqində, Rokbrün-Kap-Marten kommunasında yerləşir.