Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür etdi
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar onu bu ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvəsində iştirak etməyə dəvət etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, Ankarada ŞKTR-nin qurucusu və Prezidenti Rauf Denktaşın anım mərasimində çıxışı zamanı bildirib.
Ersin Tatar həmçinin Türk dünyasının bir olmasının vacibliyini də vurğulayıb.