Navalnının xanımının X hesabı bloklandı
X (keçmiş tviter) bu gün, fevralın 20-də həbsdə vəfat edən rusiyalı müxalifətçi Aleksey Navalnının arvadı Yuliya Navalnayanın hesabını dondurub. Amma mediada yayılandan sonra problem tezliklə aradan qaldırılıb.
Redaktor.az bu barədə "Sky News"a istinadən xəbər verir.
Navalnayanın hesabının bloklanması onun bu gün “Alekseyin cəsədinin qaytarılmasına və onun ləyaqətlə dəfn olunmasına icazə verilməsinə” çağıran yazı dərc etməsindən sonra başlayıb.
Navalnaya bu gün həm də X-də yazıb ki, "qatilin mətbuat katibinin (söhbət Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovdan gedir – red.) sözlərimi necə şərh etməsinin əhəmiyyəti yoxdur”.
Sosial şəbəkənin nümayəndələri bu cür hərəkətlərin səbəbini şərh etməsələr də, yarım saat sonra Navalnayanın hesabını blokdan çıxarıblar.
Xatırladaq ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidmətinin Yamalo-Nenets Muxtar Dairəsi üzrə departamenti rusiyalı müxalifətçi Aleksey Navalnının cəza çəkdiyi islah koloniyasında öldüyünü elan edib.
Yuliya Navalnaya ərinin ölümünü şərh edərkən hadisəyə görə Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.
Turan İSMAYIL