Müxalifət fraksiyaları Paşinyana etimadsızlıq səsverməsinə çağırıldı

 19:10 20.02.2024     380

Ermənistanda “Birlikdə” hərəkatı parlamentdəki müxalifət fraksiyalarını Baş nazir Nikol Paşinyana və hökumətə etimadsızlıq səsverməsinin elan edilməsi prosesinə başlamağa çağırıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu hərəkatın koordinatoru, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyanİrəvanda keçirilən mitinqdə deyib.

"Biz mitinqdən sonra bir həftəlik fasilə verəcəyik ki, qalan qüvvələrlə danışıqlar aparıb tələblərimizi təqdim edək. Bundan sonra sizə hesabat verəcəyik", - Sarkisyan bildirib.

Qeyd edilib ki, növbəti addım prosesləri anlayan mütəxəssislərin iştirakı ilə müvəqqəti hökumətin formalaşdırılması olacaq.

Növbəti mitinqdə yeni kabinetin proqramı təqdim olunacaq.

T.İSMAYIL