Gürcüstanın yeni baş naziri Rusiyaya qarşı sanksiyalardan danışdı
Tbilisi Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcək.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze belə qərarlar qəbul etməkdən imtina edib.
Brüsseldə Avropa diplomatiyasının rəhbəri Josep Borrell ilə birgə mətbuat konfransında danışan zaman Gürcüstan hakimiyyətinin anti-Rusiya sanksiyalarının tətbiqinə qarşı “çox güclü arqumentlərə” malik olduğunu bildirib.
Eyni zamanda, baş nazir Tbilisinin Kiyevə siyasi dəstəyinə baxmayaraq, Ukrayna rəsmilərinin Rusiya ilə münaqişədə Gürcüstanda “ikinci cəbhə”nin açılması ilə bağlı bəyanatlarından məyus olduğunu bildirib.
Yusif EYVAZLI