İlon Mask Nobel Sülh Mükafatına namizəd oldu
Norveç parlamentinin üzvü Marius Nilsen amerikalı sahibkar, milyarder və X sosial şəbəkəsinin sahibi İlon Maskı Nobel Sülh Mükafatına namizəd göstərib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
"Maskın təsis etdiyi, sahib olduğu və ya rəhbərlik etdiyi bir çox texnoloji şirkətlər cəmiyyətin inkişafı, Yer və kosmos haqqında biliklərin artırılması, beynəlxalq miqyasda əlaqə və kommunikasiyaların təmin edilməsinə yönəlib", - deyə o bildirib.
Yusif EYVAZLI