"Rusiya kosmosda nüvə silahının yerləşdirilməsinin qəti əleyhinədir" - Putin

 20:16 20.02.2024     346

Rusiya Federasiyası həmişə nüvə silahının kosmosda yerləşdirilməsinin qəti əleyhinə olub və indi də onun əleyhinədir, bu mövqe aydın və şəffafdır.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu dövlət başçısı Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

"Bu sual son vaxtlar Qərbdə, o cümlədən ABŞ-da kosmosda nüvə silahlarının yerləşdirilməsi ilə bağlı artan səs-küyə aiddir. Bizim mövqeyimiz aydın və şəffafdır: biz həmişə qəti şəkildə nüvə silahlarının yerləşdirilməsinin əleyhinə olmuşuq və indi də əleyhinəyik”, - Vladimir Putin qeyd edib. 

Yusif EYVAZLI