Bu ölkədə pedofillər ağır CƏZALANDIRILACAQ

 10:00 21.02.2024     320

Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) qadınların hüquqlarının və uşaqların təhlükəsizliyinin təmin edilməsinə dair qanunvericiliyə dəyişiklikləri birinci oxunuşda qəbul edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Qazaxıstan parlamenti pedofiliya və uşaq qətlinə görə ömürlük həbs cəzası nəzərdə tutur.

"Yetkinlik yaşına çatmayan və ya pedofiliya cinayətinə görə alternativ olmayan cəza – ömürlük həbs tətbiq edilir”, - deyə Qazaxıstan Milli Məclisindən bildirilib.

Humay İSGƏNDƏRLİ