İran Rusiyaya çoxlu ballistik raketlər verdi
İran Rusiyaya ballistik raketlər verib.
Redaktor.az xəbər verir ki, bu barədə altı mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
“Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, - deyə İran rəsmilərindən biri agentliyə bildirib.
İranın üç mənbəsi agentliyə bildirib ki, respublika Rusiyaya 400-ə yaxın raket verib ki, onların da çoxu “Fateh-110” qısa mənzilli ballistik raketlər ailəsinə aiddir. Xüsusilə, söhbət 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Zülfiqar” raketlərindən gedir.
Bildirilir ki, Rusiya indiyədək ən azı dörd raket göndərişi alıb və yaxın həftələrdə daha çox göndərişin daşınacağı gözlənilir.
Yusif EYVAZLI