Netanyahu parlamentin Fələstin əleyhinə qərarını dəstəklədi

 22:46 21.02.2024     272

İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin (İsrail parlamenti) İsrail Nazirlər Kabinetinin Fələstin dövlətinin yaradılmasına dair “diqtə”ni rədd edən qərarının təsdiqini alqışlayıb və sülhün yalnız tərəflər arasında danışıqlar yolu ilə əldə oluna biləcəyini qeyd edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Baş nazirin iradları onun ofisi tərəfindən yayılıb.

“Səslərin böyük əksəriyyəti ilə tarixi qərar qəbul edərək Knesset mənim təklifimi dəstəklədi. 120 deputatdan 99-u Fələstin dövlətinin birtərəfli qaydada tanınmasının əleyhinə səs verib. Bu güclü mövqe dünyaya güclü bir mesaj göndərir: İsrailin sülhü və təhlükəsizliyi birtərəfli hərəkətlə deyil, danışıqlar yolu ilə əldə olunacaq”, - Netanyahu bildirib.

Turan İSMAYIL