Zelenski tezliklə Ərdoğanla görüşə bilər
Ukrayna Prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər. Görüşdə Rusiya-Ukrayna münaqişəsi müzakirə olunacaq.
Redaktor.az-ın məlumatına görə, Türkiyənin TRT World telekanalı xəbər verir ki, bunu Albaniyanın baş naziri Edi Rama deyib.
Türkiyə lideri Albaniya Nazirlər Kabinetinin rəhbərinin Ankaraya səfəri zamanı dəvət alıb. O, Ərdoğana yaxın günlərdə Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində Prezident Zelenski ilə yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib. Rama bildirib ki, Türkiyə lideri dəvəti qəbul edib.
Xatırladaq ki, yanvarda Ərdoğan Zelenski ilə telefon danışığı zamanı Ankaranın Ukraynada sülhə nail olmaq üçün vasitəçi olmağa və Rusiya ilə sülh danışıqları aparmağa hazır olduğunu bəyan etmişdi.
Dekabrda Ərdoğan Türkiyə tərəfinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün İstanbul prosesini bir daha intensivləşdirməyə hazır olduğunu bəyan edib.
T.İSMAYIL