Rusiyaya kritik kiberhücumların sayı artıb

 09:14 22.02.2024     223

2024-cü ilin yanvarın və fevral aylarında  yüksək kritik kiberhücumların payı ötən ilin dördüncü rübü ilə müqayisədə üç dəfədən çox artıb.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, zərərli proqram təminatından istifadə etməklə bu cür insidentlərin payı 73%-dən 80%-ə, veb-hücumların payı isə, 15%-ə yüksəlib.

Ekspertlərin izahına görə, yüksək kritik hadisələrin artması o deməkdir ki, 2023-cü ildə başlayan insidentlərin mürəkkəbləşməsi və təşkilatlara qarşı maksimum dağıdıcılıq tendensiyası inkişaf edib.

Humay İSGƏNDƏRLİ