ABŞ-nin dövlət borcu 34 trilyon dolları KEÇDİ

 09:51 22.02.2024     303

ABŞ Müdafiə Nazirliyi 2025-ci maliyyə ilində ABŞ-ın borc tavanını artırmaq üçün 2023-cü ildə əldə edilmiş razılaşmalara əməl etmək üçün yenidən silahlanma xərclərini təxminən 10 milyard dollar azaldacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Co Bayden 2023-cü ilin iyununda dövlət borcunun yuxarı həddini artırmaq üçün Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş qanun layihəsini imzalayıb və bu qanun həm də federal departamentlər tərəfindən xərclərin 1% azaldılmasını nəzərdə tutur. Pentaqonun mart ayında agentliyin 2025-ci maliyyə ili (oktyabrın 1-dən başlayaraq) üçün 850 milyard dollardan bir qədər az məbləğdə maliyyə tələbi təqdim edəcəyi gözlənilir.

Nəşr vurğulayır ki, bu rəqəm 2023-cü ilin martında təqdim edilmiş büdcə sorğusunda əks olunan növbəti maliyyə ili üçün proqnozla müqayisədə müdafiə xərclərinin təxminə 1 faiz - 10 milyard dollar azalmasını əks etdirir. Pentaqonun saytındakı sənədlərdən məlum olduğu kimi, o zaman departament 2025-ci maliyyə ili üçün büdcəsinin təxminən 859,7 milyard dollar olacağını proqnozlaşdırılıb.

Xəbər də o da bildirilir ki, departament işçilərə verilən müavinətlərə xərcləri azaltmağa hazır deyil. Beləliklə, büdcənin azaldılması Amerika silahlı qüvvələrinin yenidən silahlanması xərclərinin azaldılması hesabına həyata keçiriləcək.

Qeyd edək ki, yanvarın əvvəlində ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib. Ötən illə müqayisədə 4 trilyon dollardan çox artıb. 

Sultan Ayxan