Yaponiya Qəzzaya humanitar yardım göndərəcək

 11:04 22.02.2024     393

Yaponiya hökuməti Qəzza zolağına əlavə 32 milyon dollarlıq humanitar yardım göndərməyi planlaşdırdığını açıqlayıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, humanitar yardım beynəlxalq qurumlar vasitəsilə regiona göndəriləcək.

Yaponiya Qəzzaya oktyabrda 10 milyon dollar, noyabrda isə 65 milyon dollarlıq humanitar yardım göstərib.

Qeyd edək ki, keçən ilin oktyabrın 7-dən İsrail və Qəzza arasında qarşıdurma yaşanır.

Humay İSGƏNDƏRLİ