"Xoşbəxtəm ki, Putinin..." - Peskov

 10:46 22.02.2024     261

"Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onun işini həyatda xüsusi uğur adlandırıb və əlavə edib ki, o, dövlət başçısı Vladimir Putinlə işləməkdən qürur duyur".

Redaktor.az  "TASS"a istinadən xəbər verir ki, bu barədə o, xarici jurnalistlərlə söhbətində deyib.

Kremlin sözçüsü işinin çətinliyi ilə bağlı sualı belə cavablandırıb:

"Bəzən deyirlər ki, ən yaxşı mətbuat katibləri keçmiş media işçiləri, jurnalistlər, analitiklərdir. Mənim bu peşələrlə əlaqəm yoxdur və heç vaxt jurnalist olmamışam. Mən bu işə Xarici İşlər Nazirliyindən, diplomatiyadan gəlmişəm və bizim şöbəmizdə xidmət təcrübəsini həqiqətən yüksək qiymətləndirirəm”.

Onun sözlərinə görə, bu təcrübə ona indiki funksiyalarını uğurla yerinə yetirməyə imkan verib.

“İş çox maraqlıdır, çünki o, bir tərəfdən ən təhlükəli, digər tərəfdən ən zəruri, üçüncü tərəfdən ən sürətli, dördüncü tərəfdə qiymətli bilavasitə informasiyaya aiddir. Bu da siyasətlə, iqtisadiyyatla, sosial həyatla, təhlükəsizliklə və insanların sağlamlığının qorunması ilə bağlıdır”.

Peskov sonda əlavə edib ki, bu mənada onun işi universaldır:

“Əlbəttə, dövlət başçısı ilə, xüsusən də Rusiya kimi bir dövlətin Vladimir Putin kimi bir başçısı ilə işləməyə gəldikdə, bu, yəqin ki, həyatda xüsusi uğurdur".

Sultan Ayxan