"Baydenin həyasız bəyanatları çətin ki, Putini incitsin..." - Kremldən CAVAB
"Rusiya lideri Vladimir Putinə qarşı yeni təhqirlərə yol verən ABŞ Prezidenti Co Bayden üçün bu biabırçılıqdır".
Redaktor.az xəbər verir ki, bunu fevralın 22-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Rusiya liderinin mətbuat katibi həmçinin qeyd edib ki, Baydenin həyasız bəyanatları çətin ki, Putini incitsin.
“Ancaq bu, ölkənin özü üçün böyük utancdır, mən ABŞ-yi nəzərdə tuturam. Yəni, belə bir ölkənin Prezidenti belə dildən istifadə edirsə, bu, ayıb olmalıdır”, - Peskov qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “başdanxarab it oğlu” adlandırıb.
Sultan Ayxan