"Barcelona"nın keçmiş futbolçusu HƏBS EDİLDİ
Braziliya yığmasının "Barselona" futbol klubunun sabiq futbolçusu Dani Alveş 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Redaktor.az xəbər verir ki, ulduz futbolçu gecə klubunda cinsi təcavüzdə təqsirli bilinib.
Bundan əlavə hökmdə qeyd edilib ki, Alveş dəymiş ziyana görə zərərçəkmiş qadına 150 min avro ödəməlidir.
Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də cinsi zorakılıq ittihamı ilə həbs edilib.
Xatırladaq ki, Dani Alveş karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus”, PSJ kimi klublarda çıxış edib.
O, futbol tarixində iki ən titullu futbolçudan biridir.