Türkiyədə Fransa casusu SAXLANILDI
Türkiyədə Fransa kəşfiyyat orqanlarına əməkdaşlıq edən suriyalı saxlanılıb.
Redaktor.az "Sabah"a istinadən xəbər verir ki, özünü jurnalist kimi təqdim edən Əhməd Ketinin Türkiyədəki siyasi partiyalarla əlaqə saxlamağa çalışdığı müəyyən edilib.
Ketinin ictimaiyyətlə paylaşılmayan məxfi məlumatları,Türkiyədəki suriyalı qaçqınlar və immiqrasiya siyasətləri ilə bağlı reallığa uyğun olmayan məlumatları, sənədləri Fransa Xarici Kəşfiyyat Xidmətinə ötürdüyü məlum olub.
Sultan Ayxan