Hakan Fidan rusiyalı həmkarı ilə görüşdü
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən G20 nazirlərinin toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Rioda Rusiya-Türkiyə danışıqları”, – diplomat öz Telegram kanalında yazıya foto ilə yanaşı yazıb.
Bir gün əvvəl Lavrov Paraqvay, Boliviya, Braziliya, Meksika və Misirdən olan həmkarları ilə görüşüb.
Turan İSMAYIL