"Konqres Ukraynaya gələcək yardımı təsdiq edəcək"

 19:53 22.02.2024     272

Amerika administrasiyası əmindir ki, Konqres Ukraynaya yardım üçün əlavə maliyyənin ayrılmasına dair qanun layihəsini təsdiq edəcək. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Amerika Konqresinin müdrik qərar verəcəyinə əminik. Biz qanun layihəsinin Senatdan böyük fərqlə keçməsindən məmnunuq və Nümayəndələr Palatasının da sürətlə hərəkət etməsini gözləyirik", - Kim əlavə bildirib.

Yusif EYVAZLI