Husilər Böyük Britaniya gəmisini vurdu

 22:13 22.02.2024     296

Fevralın 22-də husilər tərəfindən hücuma məruz qalan Britaniya gəmisinə cüzi ziyan dəyib. 

Redaktor.az "TASS"a istinadən xəbər veir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Husilər Yəmənin cənubundan Ədən körfəzinə doğru iki gəmi əleyhinə ballistik raket atıblar. Gəmi yüngül zədələnib, bir nəfər yüngül xəsarət alıb", - komandanlığın X (keçmiş Twitter) səhifəsində bildirilib.

Hadisədən sonra gəminin öz marşrutu ilə davam etdiyi qeyd edilir.

Yusif EYVAZLI