Neymar Alveşə 150 min avro ödəməyə kömək edib
Neymar dünyanın ən titullu futbolçusu Dani Alveşə təcavüz hadisəsində qurbana təzminat ödəməyə kömək edib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Neymarın ailəsi Alveşə 150 min avro ödəməyə kömək edib. Qeyd olunur ki, bu, futbolçunun son həbs müddətini azaltmağa imkan verib.
Fevralın 22-də məhkəmə Alvesə hökm çıxarıb. O 4,5 il müddətinə azadlıqdan məhrum edilib. İdmançı 2023-cü il yanvarın 20-də həbs edilib.
Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də cinsi zorakılıq ittihamı ilə həbs edilib.
Yusif EYVAZLI