Ermənistanda partiya binası yaxınlığında partlayıcı qurğu aşkar edildi

 23:32 22.02.2024     339

İrəvanda hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyanın rəhbərlik etdiyi partiyanın binası yaxınlığında partlayıcı qurğu aşkar edilib.

Redaktor.az xəbər verir ki, polisə saat 20:30 radələrində Gülbenkyan küçəsində yerləşən binanın yaxınlığında partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları bombanı zərərsizləşdirərək təhlükəsiz yerə daşıyıblar. (APA)